Bakının Nəsimi rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Medianews.az xəbər verir ki, bu barədə “oxu.az”-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub:

“K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir”.

Qeyd edək ki, K.Namazov bloqer Ayşən Mirzəyevanın həyat yoldaşı olub.

Okytabrın 13-də onlar nikaha daxil olublar.

Bloqer iddia edib ki, əri iki nəfər idmançı tərəfindən döyülərək öldürülüb.

Yeni ailə quran azərbaycanlı bloqerin həyat yoldaşı döyülərək öldürülüb? - FOTO/VİDEO

Yeni ailə quran azərbaycanlı bloqerin həyat yoldaşı döyülərək öldürülüb? - FOTO/VİDEO

Yeni ailə quran azərbaycanlı bloqerin həyat yoldaşı döyülərək öldürülüb? - FOTO/VİDEO