Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkə hesabında yeni paylaşım edib.

BAKU.WS verir ki, o, yeni ailə həyatı qurduğu azərbaycanlı musiqiçi Suada Hacızadə ilə görüntülərini paylaşaraq onu ad günü münasibətilə təbrik edib.

Qeyd edək ki, cütlük bu il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda ilə üzvlərinin iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.