Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinika Tədris Mərkəzinə yeni direktor müavini təyin edilib.
Medianews.az “unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Azər Qaragözov təyinat alıb. Qeyd edək ki, o, Milli Məclisin deputatı Məlahət İbrahimqızının bacısı oğludur.