Keçmiş teleaparıcı Günel Hümbətova tətilə yollanıb.

Medianews.az olay-a istinadən xəbər verir ki, uzun müddətdir Nyu-Yorkda yaşayan sənətçi istirahət üçün Meksikanın Tulum ərazisini seçib.

Günel Karib dənizinin sahillərində yerləşən tarixi tətil məkanından fotoları sosial media hesabında paylaşıb.

“Bura rəfiqəmlə gəlmişəm. Gələndə şərt kəsdik ki, bir-birimizi heç nəyə məcbur etməyəcəyik. O dünəndən dayvinqə gedib, şəhəri gəzib, mən isə hoteldə vaxt keçirirəm. Çünki bu ekzotika, okean, çimərlik, burada olan hər şey məni o qədər valeh edib ki… Ehtiyac duyduğum şey budur”, – deyə, Günel bildirib.

Qeyd edək ki, Hümbətova Firuz Soliyev adlı gənclə ailə qurub. Amerikaya köçən aparıcının Jozefina adlı bir qızı var.

Günelin Meksika tətilindən FOTOLAR

Günelin Meksika tətilindən FOTOLAR

Günelin Meksika tətilindən FOTOLAR

Günelin Meksika tətilindən FOTOLAR