Rza Zərrab illər sonra ilk dəfə danışdı: “Allaha şükürlər olsun ki, yanımdakı dostlarım çox yaxşıdır”

2016-cı ildə ABŞ-da çirkli pulların yuyulmasına görə həbs edilən və etirafından sonra sərbəst buraxılan sənətçi Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrab illər sonra üzə çıxıb.

Adını Aaron Goldsmith olaraq dəyişən və atçılıq mərkəzi açan Rza Zərrab yeni sevgilisi, çempion joker olan Karolina Roffmanla da görünüb.

Sərbəst buraxıldıqdan sonra illərlə görünməyən Zarrabın Floridada yaşadığı və adını Aaron Goldsmith olaraq dəyişdirdiyi məlum olub. Zərrabın “Next Level Performance” adlı atçılıq mərkəzi də qurduğu açıqlanıb.

Bu məlumatlar “PS Dressage” adlı vebsaytın “Next Level Performance”ı təbliğ edən məqalə hazırlayan zaman ortaya çıxıb.

Xəbərdə R.Zərrabın Floridanın cənubundakı atçılıq mərkəzini 2021-ci ildə qurduğu qeyd edilir.

Yeni sevgili, yeni iş həyatı – Rza Zərrab illər sonra ortaya çıxdı, açıqlaması ilə gündəm oldu - FOTO VİDEO

Həmçinin məqalədə bildirilir ki, məkanın dizaynı xüsusi şəkildə hazırlanıb. Mərkəzin qurucusu və sahibi Aaron Qoldsmit (Rza Zərrab) məkanı lazımi material və mühitlə təmin etməyi hədəflədiklərini söyləyib.

Rza Zərrabın bu açıqlamaları xüsusilə diqqət çəkib: “20 ilə yaxındır bu sənayedəyəm, əsasən sıçrama üzərində işləyirəm. İndi isə at əhilləşdirmə işlərinə başlamışıq. Allaha şükürlər olsun ki, yanımda yer alan komanda çox yaxşıdır”.

Yeni sevgili, yeni iş həyatı – Rza Zərrab illər sonra ortaya çıxdı, açıqlaması ilə gündəm oldu - FOTO VİDEO

Azərbaycanlı iş adamı məkanındakı xüsusi önəm verdiyi atdan da danışıb: “Sonatanı ilk dəfə görəndə möhtəşəm bir at olduğunu hiss etdim. At təlimçimiz Maryanna Haymona təşəkkür edirəm və əlbəttə, Caroline Roffman da onu inkişaf etdirməkdə böyük iş görüb. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Sonata xüsusi atdır, növbəti məqsədim onun gələn il ABŞ-ı Dünya Çempionatında təmsil etməsini görməkdir”.