Müğənni Nadir Qafarzadə ölkədən gedib.

Medianews.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında məlumat verib:

“Hər kəsin yolu açıq olsun. Görüşənədək! Hava limanında sonuncu əlvida. Mən uçub getdim çox uzaqlara…”

Qeyd edək ki, ifaçı bir neçə gün əvvəl fəxri ad almamasına sərt şəkildə etiraz etmişdi.