Bursada bir əyləncə məkanına gedən Burcu Can Eşmen haqqında uzaqlaşdırma qərarı çıxarılan keçmiş sevgilisi Emre Özer tərəfindən zorla məkandan çıxarılaraq, avtomobilə mindirilib.
Maşında təzyiqə və şiddətə məruz qalan qadın, vətəndaşların sayəsində işıqforun qırmızı işığında ona yardıma qaçanların sayəsində xilas ola bilib. Bu zaman təşvişə düşən Özer və dostu avtomobili tərk edərək qaçıblar.
O anları izah edən Burcu Eşmen, “Əli ilə ayağımı sıxaraq məni vurdu, çarəsizcə özümü avtomobildən çölə atdım”, – deyə açıqlama verib.
Daha sonra məlum olub ki, maşında keçmiş sevgilisi tərəfindən döyülən Eşmen düşmək istəsə də, qarşısı alınıb.
Müalicəsindən sonra vəkili ilə polisə gedərək şikayət edən Burcu Can Eşmen ifadəsində bunları deyib: “Emre mənim köhnə sevgilimdir. Mənə qarşı zorakılıq tətbiq etdiyi üçün ayrıldıq. Hadisə baş verən gecə rəfiqəmlə əyləncə məkanına getmişdik. Bu arada Emre gəldi. Məni təhqir etdi. Məndən uzaq durmasını istədim. O isə məni zorla məkandan çıxararaq avtomobilinə mindirdi. Yolda Emrə mənə qarşı zorakılıq etməyə başladı. O, məni “silahı götürüb səni öldürəcəm”, deyərək hədələdi. Çarəsiz halda özümü maşından atdım. Qışqırıqlarımı eşidəndə tanımadığım insanlar bizə tərəf gəlməyə başladılar. Bu vaxt əvvəlcə sürücü, sonra isə Emre avtomobili yolun ortasına qoyub qaçdı. Mən təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəyirəm”.