Hindistanın Uttarakahand və Kerala, həmçinin Nepalın bəzi bölgələrində aramsız yağışlar səbəbindən meydana gələn daşqınlarda ölənlərin sayı artıb.
Hər iki ölkədə təbii fəlakət qurbanlarının sayı toplam 200 nəfəri ötüb.
Onlardan 104-nün Nepal sakinləri olduğu bildirilib. Həmçinin, onlarla insanın itkin düşdüyü qeyd edilib.
Hazırda fəlakət bölgələrində axtarış-xilasetmə işləri davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.