Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, 22 oktyabr 2021-ci il tarixində səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanın orada olmadığını müəyyən edib.

Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib.

G.Nəsibovanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və (012) 437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.