Boks millimizin Kuba əsilli üzvü Alfonso Dominqes subaylığın daşını atıb.
BAKU.WS xəbər verir ki, Alfonso Dominqes Nigar adlı azərbaycanlı xanımla ailə həyatı qurub.
Onların şad günü paytaxt restoranlarından birində baş tutub. Toydan görüntülər və fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən əvvəl Nigara evlilik təklifi edib.
Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycana bürünc medal qazandırıb.