Azərbaycanlı idman gimnastları Əli və Hüseyn Xəlilov qardaşları Rusiyanın Leninsk-Kuznetski şəhərində keçirilən yarışda ümumilikdə 10 medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, onlar 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmaqla yanaşı, mütləq çempion adına yiyələniblər.

Qeyd edək ki, onlara mükafatı Kuzbassın (Kemerovo vilayəti) bədən tərbiyə və idman naziri Sergey Myaus və ikiqat Olimpiya, ikiqat dünya və Avropa çempionu Mariya Filatova təqdim edib.