Medianews.az-ın manset.az-a istinadən məlumatına görə, xidməti yoxlamanın nəticəsində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Quliyev, Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlqar Rzayev, Cinayət-axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Rəcəbov, Növbətçi hissənin rəisi, polis polkovnik-leytenantı Əli Babayev, müstəntiq Elxan Hacıyev, İctimai Təhlükəsizlik şöbəsinin inspektoru, polis kapitanı Vasif Sadıqov və kadrlar üzrə rəhbər Şəbnəm Rzayeva tutduqları vəzifələrindən azad olunublar.