Almaniyada koronavirusa qarşı peyvənd hazırlayan biotexnoloji şirkət “BioNTech”in qurucusu, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci yeni hazırladıqları peyvənd barədə açıqlamalar veriblər.

Uğur Şahin bildirib ki, mRNA texnologiyası ilə hazırlanacaq xərçəng peyvəndindən ümidverici xəbərlər var:

“İnanıram ki, xərçəng tezliklə vaksinlərlə müalicə edilə bilər. 20 ildən çoxdur ki, kök hüceyrələrlə işləyirik və bu texnologiya ilə bağlı məlumatlara sahibik.

Dörd il əvvəl bir araşdırma yayınladıq və melanoma xəstələri üzərində araşdırmalar apardıq. İndi də yüzlərlə xəstə ilə sınaqlara başlamışıq. Bu testlərin nəticələrini gələn il və ya 2023-cü ildə alacağıq. Bu nəticələr müsbət olarsa, ilk xərçəng peyvəndlərinin təsdiqlənməsi 2, 3 və ya 4 il ərzində tamamlana bilər.

Xəstələr sağalırlar, ancaq xəstəlik 2-3 il ərzində metastaz verir. Burada etmək istədiyimiz şey xərçəng xəstələrinin yenidən xəstələnməsinin qarşısını almaqdır”.

Mənbə: Sondakika.com