Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.

Medianews.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.

Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.

Xəxstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.