Bloger Şəfəq Məmmədova Daxili İşlər Nazirliyinə müraciət edib.

Musavat.com olay-a istinadən yazır ki, buna səbəb sosial şəbəkə ulduzunun təhdid və hədə-qorxulara məruz qalmasıdır.

Belə ki, Şəfəqin iddiasına əsasən, iki aydır fərqli xanım adı ilə instaqramda hesablar açılır, ondan pul tələb edir, hədə qorxu gəlir.

Bloger bildirir ki, sözügedən şəxs onun avtomobilinə də xəsarət yetirib:

“İki aydır fərqli qız adları ilə açılan saxta profildən ünvanıma təhdidlər, hədə-qorxular gəlir. Yazılar türkçədir və mesajları açmayıb blok edəndə böyük səhifələrə adımı işarələyərək orada mənimlə söhbətləşir. Məni durmadan təhdid edir, mağazama gəldiyini söyləyir, maşınıma 2 dəfə zərər vurub. Onu xəfifə aldığımı deyir, məndən pul istəyir. Daha sonra profilləri bağlayır. Ancaq hər birinin hansı “mail” ilə açıldığını tapmışam, mesajları saxlayıram. Çox narahatam, can təhlükəsizliyimə zərər vuracağından qorxuram. Daha öncə bunu gülərək paylaşmışdım. Gah deyirdi gizlətdiklərini hamıya deyəcəm, gah da 3-4 tanışına adını çəkərək aramızda nəsə olduğunu iddia edirdi”.

Ş. Məmmədova zərər görən avtomobilinin fotolarını da hesabında izləyiciləri ilə bölüşüb.