Müğənni Zenfira İbrahimovanın anası reanimasiyaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, sənətçinin anası Ceyran xanım koronavirusa yoluxaraq ağır vəziyyətdə xəstəxanaya aparılıb. Bu haqda ifaçı sosial şəbəkə hesabında məlumat verib.

Müğənni anasının fotosunu yayımlayaraq Allahdan ona şəfa diləyib:

“Ana, sənsiz evimin nə istisi olar, nə üzüm gülər. Məni heç vaxt incitməmisən. Atam olmayıb, bizə atalıq etmisən. Mənə vaxtsız ağrı yaşatma. Rəbbim, yalvarıram, anama qıyma”.

Sosial şəbəkə izləyiciləri, o cümlədən bir çox məşhurlar Zenfiranın anasına şəfa diləyərək tez zamanda sağalmağını arzu ediblər.

Avtomatik qaralama