Avropa İttifaqı ölkələrində sığınacaq almaq üçün müraciətlərin sayı xeyli artıb.

Bu barədə birliyin sığınacaq verilməsi üzrə dəstək qurumu məlumat yayıb.

Məlumata əsasən, müvafiq sorğuların ən çox ünvanlandığı ölkə Almaniyadır. İlin ilk 9 ayı ərzində ölkə 100 278 müraciət alıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35.2% çoxdur. Müraciət edənlərin əksəriyyəti Suriya, Əfqanıstan və İraq vətəndaşlarıdır.

Almaniyadan sonra Fransa (54 105), İspaniya (41 799), İtaliya (37 492) və Avstriya (22 928) da sığınacaq üçün ən çox müraciət olunan ölkələr sırasındadır.