Futbol üzrə Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Spartak”-“Dinamo” oyununda futbolçular arasında insident yaşanıb.

Belə ki, toqquşma “Dinamo”nun futbolçusu Arsen Zaxaryanın “Spartak”ın belçikalı müdafiəçisi Maksimiliano Kofriyə qarşı etdiyi kobud hərəkətdən sonra başlayıb.

Qısa müddət ərzində meydanda olan oyunçular, əvəzedicilər və məşqçilər korpusu da davanın iştirakçısına çevrilib.

Hakim dörd fitbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, bu dəqiqələrdə davam edən edən oyunda “Dinamo” iki top fərqi ilə rəqibini üstələyir.