Bakıda “AA” seriyalı avtomobil yol hərəkəti qaydasını kobud şəkildə pozub.

Oxu.Az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Lexus” markalı, 99-AA-746 dövlət nömrə nişanlı avtomobil yolun qarşı hərəkət zolağına çıxaraq, qəza şəraiti yaradıb.

Həmin qayda pozuntusu anbaan qarşıdan gələn avtomobilin içərisində olan videoqeydiyyatçı vasitəsilə lentə alınıb.

Həmin görüntüləri təqdim edirik: