Rusiyanın Müdafiə Nazirliyi humanitar və sülhməramlı əməliyyatlara cəlb ounmuş bütün hərbi hissələrin AK-12 “Kalaşnikov” avtomatı ilə təchiz edilməsi barədə qərar qəbul edib.

Mill.Az İzvestiya-ya istinadən bildirir ki, ilk olaraq Mərkəzi Hərbi Dairənin Samara həhərindəki əlahiddə 15-ci motoatıcı briqada AK-12-lərlə təchiz olunub.

Rusiyanın Qarabağda müvəqqətiy yerləşdirilmiş hərbçiləri məhz 15-ci briqadanın mənsublarıdır.

Briqadaya artıq 1500 AK-12 verilib.

AK-12 “Kalaşnikov” avtomatının kütləvi istehsalına 2019-cu ildə başlanıb.