Bazar, 28 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Onlar eyni nazirliyi müxtəlif adlarda idarə edib

TURAN
12/10/2021 15:20
1
BAXIŞ
FacebookTwitterTelegram

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, rabitə sahəsini idarə etmək məqsədilə yaradılmış nazirlik 90-cı illərdən bəri müxtəlif adlarda fəaliyyət göstərib. Tez-tez adı dəyişdirilən nazirliyə müxtəlif illərdə fərqli şəxslər rəhbərlik edib. Adı Rabitə Nazirliyi olan vaxtlarda qurumun nazir vəzifəsini 1997-2004-cü illərdə Nadir Əhmədov icra edib.

Onlar eyni nazirliyi müxtəlif adlarda idarə edib

2004-cü ildə dövlət başçısının sərəncamına əsasən, Rabitə Nazirliyi ləğv edilib. Əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. 2014-cü ilin martın 7-də Prezident Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adının dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılması haqda sənəd imzalayıb. Bu zaman nazirliyə 11 il ərzində (2015-ci ilə kimi) akademik Əli Abbasov rəhbərlik edib.

Onlar eyni nazirliyi müxtəlif adlarda idarə edib

2015-2017-ci illərdə nazir vəzifəsi səlahiyyətlərini nazirin birinci müavini icra edib.

2017-ci ilin fevralın 13-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı yenidən dəyişdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb. İlham Əliyevin sərəncamına əsasən, Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Onlar eyni nazirliyi müxtəlif adlarda idarə edib

O, bu vəzifəni 2021-ci ilin yanvarın 26-na qədər icra edib. Daha sonra isə dövlət başçısının sərəncamı ilə nazir vəzifəsinə Rəşad Nəbiyev təyin edilib. Və nəhayət, ötən gün Prezidentin imzaladığı fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı yenidən dəyişdirilib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Onlar eyni nazirliyi müxtəlif adlarda idarə edib

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz tez-tez adı dəyişdirilən nazirliyin onun fəaliyyət istiqamətlərinə necə təsir etməsi barədə “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, bu formada addəyişmə xoşagələn hal hesab edilməsə də, əsas mahiyyətə baxmaq lazımdır: “Mövcud durumda dünyada, o cümlədən Azərbaycanda da ad məsələsi bir qədər irəliyə baxmaq cəhətdən daha məqsədəuyğun olmalıdır. Düşünürəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adı əvvəlkinə nisbətən daha qısa və mövcud trendləri özündə əks etdirir. Prezident tərəfindən bu nazirlik qarşısında qoyulmuş vəzifələr var. Burada vəzifələrin yerinə yetirilməsinə hazır olması məsələsinə diqqət yetirilməli, onu həyata keçirmək üçün hansı imkanların olduğuna baxmaq lazımdır. Mövcud vəziyyətdə addansa, qarşıya qoyulmuş vəzifələrin icrası məsələsinə diqqət yetirilməlidir.

Məlumdur ki, ötən gün ölkə başçısı tərəfindən bu sektorun tənzimlənməsi ilə bağlı bir neçə fərman verildi. Bu Fərman gözlənilən idi. Çünki Prezident Rəşad Nəbiyevi nazir təyin edərkən burada bir neçə əsas məsələyə toxunulmuşdu. Onların birincisi də sektorda tənzimləmə və rəqabətli mühitin yaranması ilə bağlı idi. Yeni yaranan qurum da daha çox bu məsələnin tənzimlənməsinə yönəlib. Həmçinin nazirlik üç funksiyanı özündə cəmləşdirib və sənədlər daha çox tənzimləməni ifadə edir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın telekommunikasiya bazarının digər ölkələrdən fərqi odur ki, bizdə dövlətin bazarda xüsusi çəkisi hədsiz yüksəkdir: “Bizdə dövlət operatorlarının üstün hüquqları var. Yeni tənzimləyici qurum burada bir balanslaşma apara, özəl sektoru bir qədər irəli çıxara bilər. Dövlətin resurslarından istifadə ilə bağlı bərabər imkanlar yaradılmalıdır. Hazırda dövlətin uzun illər ərzində formalaşan rabitə resursları var. Bir dövlət operatoru ondan istifadə etsə də, digəri istifadə edə bilmirdi. Düşünürəm ki, yeni qurum bazarda xeyli dəyişiklik yarada biləcək”.

DAHA ÇOX OXU

1-MANŞET

Paytaxt sakinlərini gözləyən təhlükə: Cavabdeh kimdir? – ARAŞDIRMA

28/05/2023 12:50
Dünya

Bütün dünyaya dərs verdik – Çavuşoğlu

28/05/2023 12:35
Dünya

SON DƏQİQƏ : Bu ölkə İrana müharibə ELAN ETDİ

28/05/2023 12:22
Cəmiyyət

Güney Azərbaycan su altında qaldı – ACINACAQLI VƏZİYYƏT

28/05/2023 12:07
1-MANŞET

Laçınlılara şad xəbər: BU TARİXDƏ..

28/05/2023 11:48
export

“Allah məni cəzalandırsa da onu bağışlamayacağam” – Zaur

28/05/2023 11:28
SON XƏBƏR

DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı: 4 nəfər saxlanıldı

İlham Əliyev xüsusi təyinatlılarla bağlı qanunu İMZALADI

“Xalam oğlu mənə təcavüz edib” - Fuad Qəhrəmanlının qızından şok açıqlama

Xəbər lenti

Paytaxt sakinlərini gözləyən təhlükə: Cavabdeh kimdir? – ARAŞDIRMA

28/05/2023 12:50

Bütün dünyaya dərs verdik – Çavuşoğlu

28/05/2023 12:35

SON DƏQİQƏ : Bu ölkə İrana müharibə ELAN ETDİ

28/05/2023 12:22

Güney Azərbaycan su altında qaldı – ACINACAQLI VƏZİYYƏT

28/05/2023 12:07

Laçınlılara şad xəbər: BU TARİXDƏ..

28/05/2023 11:48

“Allah məni cəzalandırsa da onu bağışlamayacağam” – Zaur

28/05/2023 11:28

Hərbi qulluqçunun yaralandığı Gədəbəydəki kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

28/05/2023 11:19

Elçiliyin qurbanı olan Vüsal İlhamlı necə qətlə yetirilib? – TƏFƏRRÜAT – VİDEO

28/05/2023 11:04

17 yaşlı qız ad günündə itkin düşdü

28/05/2023 10:45

Məşhur astroloq: “2023-cü ildə iki bürc pul içində üzəcək”

28/05/2023 10:35

Lalə Azərtaş görün nə qədər qrant qazandı – MƏBLƏĞ

28/05/2023 10:14

15 milyon COVİD-19 peyvəndi MƏHV EDİLƏCƏK

28/05/2023 09:58

Maşında bomba partladı, təhlükəsizlik işçiləri öldü

28/05/2023 09:40

Nazpəri Röya və Zülfiyyənin ifasını tənqid etdi

28/05/2023 09:29

Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb

28/05/2023 09:15

TƏCİLİ: Azərbaycanda kütləvi dava olub, ÖLƏN VƏ YARALANANLAR var

28/05/2023 08:53

Ən inadcıl 4 BÜRC – Heç kimə fikir vermirlər…

28/05/2023 08:41

Bədənin dörd yerindəki ağrı XƏRÇƏNG XƏBƏRÇİSİDİR

28/05/2023 08:23

Rusiyada zəlzələ BAŞ VERDİ

28/05/2023 08:08

Bu malları gömrükdən ödənişsiz keçirmək istədilər

28/05/2023 07:07

Təyyarənin qapısını havada açan sərnişin SAXLANILDI – Polisə dedikləri hər kəsi ŞOKA SALDI

28/05/2023 03:22

“Hyundai” zavodunda dəhşətli yanğın – İşçilər özünü zorla çölə atdı (ANBAAN VİDEO)

28/05/2023 03:08

Celal Şengörün Meral Akşeneri qucaqlayaraq ağlaması gündəm oldu – VİDEO

28/05/2023 02:33

Özünü 7-ci mərtəbədən atan tibb bacısının ölümü ilə bağlı YENİ XƏBƏR

28/05/2023 01:52

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.