Bazar ertəsi, 27 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib – YENİ TƏFƏRRÜAT

TURAN
12/10/2021 15:16
0
BAXIŞ
FacebookTwitterTelegram

“Sentyabrın 29-da İsmayıl mənə zəng etdi ki, Xanım evdə yoxdur. Xanım da qorxusundan mənə demişdi ki, onun yerini heç kimə deməyək”.

Bu sözləri Oxu.Az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın anası Yetər Əliyeva deyib.

Onun sözlərinə görə, qızının şiddət gördüyünü oğlanın ailəsi bilsə də onu müdafiə etməyib:

“Qayınanası da oğlunun xasiyyətinə görə, onun öhdəsindən gələ bilmirdi. Qızım deyirdi ki, İsmayıl qoymurdu ki, pəncərədən paltar asım. Deyirdi ki, səhər sübh tezdən hava işıqlanmamış paltarı as, bir də gecə qaranlıq düşsün yığarsan. Xanım bunları mənə deyirdi, amma imkan vermirdi qarışmağa. Qızım bizdən nəyi necə istəyib, biz elə etmişik. İstəmirdi ailəsi dağılsın, uşaqları atasız qalsın. Deyirdi düzələcək.

Qızım savadlı idi, amma qoymurdular işləməyə. Düşünürdülər ki, qızımın öz qazancı olsa, sözə baxmaz. 42 il müəllim işləmişəm, yoldaşım icra hakimiyyətində müavin işləyib. Bizim necə ailə olduğumuzu hamı bilir. İsmayıl özü mənimlə danışanda deyirdi ki, Yetər xala sizin ailə çox yaxşıdır”.

Y.Əliyeva deyir ki, İsmayıl Məmmədov kənarda heç vaxt bu cür xasiyyətlərini göstərməyib:

“Biz sonra bilmişik ki, nişanlı vaxtı da Xanımı döyüb. Amma bir-birlərini çox sevirdilər deyə, heç biri əl çəkmirdi. Düşünürdü ki, xasiyyəti dəyişər. Heç vaxt Xanımı qınamamışıq ki, özün seçdin, ailə qurdun. Heç vaxt üz döndərməmişik qızımdan.

İsmayıl onu tez-tez döyürmüş, amma Xanım çox bərk döyüləndə əlacsız qalıb deyirdi. Bir dəfə uşaqları Xanımın əlindən almaqla təhdid ediblər. Xanım da uşaqlarsız qala bilmərəm dedi və barışdı”.

İ.Məmmədovun atasının Xocalıda şəhid olmasından travma yaşaması və bu travmanın məlum hadisələrə gətirib çıxarmasına dair səsləndirilən fikirlərə münasibət bildirən Y.Əliyeva iddia edir ki, onlar Xocalı faciəsi zamanı kənddə olmayıblar:

“İsmayılın anası Elmira xanım özü danışırdı ki, yoldaşı həmin ərəfədə ailəsini bir ay qabaq Ağdama aparıb. Xocalıda özü tək qalıb. Ona görə də uşaqlar Xocalı faciəsinə şahid olmayıblar.

Buna baxmayaraq, mən o ailəyə hörmət etmişəm, şəhid ailəsidir, qəlbləri sınıqdır, tək başına yeddi uşaq böyüdüb deyirdim, sözlərini çevirmirdik. Oğlanın bacıları da qızımı çox istəyirdilər. Həmişə qardaşlarının Xanımı döyməsinə qarşı çıxırdılar. Həmişə deyirdik ki, İsmayıl, qadına, qıza vurmaq olmaz. Hirslənərlər, bir şillə vurarlar başa düşmək olar. Amma bu dərəcədə döyüb-öldürmək olmaz”.

Y.Əliyeva deyir ki, hadisə baş verən gün İ.Məmmədov ona telefonla zəng edib:

“İşdən evə gələndə Xanımı görməyib. Mənə sentyabrın 29-da zəng elədi ki, Xanım haradadır? Mən də demədim haradadır. Xanım demişdi ki, ana, qurban olum, yerimi deməyin.

Digər baş verənləri də bilirsiniz. İsmayıl hadisədən sonra deyib ki, Xanımı vurandan sonra güllələrin yarısını da özünə vuracaqdı. Təhqiqatçı onu tutub saxlayıb”.

İ.Məmmədovun bacıları da qardaşlarının hərəkətindən peşmanlıq duyurdular, amma bacıdırlar, onları da başa düşdüyünü deyən Y.Əliyeva ona bu faciəni yaşadanları unutmayacağını deyib.

DAHA ÇOX OXU

Dünya

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48
1-MANŞET

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38
1-MANŞET

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52
1-MANŞET

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49
1-MANŞET

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16
1-MANŞET

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08
SON XƏBƏR

Baş nazirdən YENİ QƏRAR: Yanvarın 1-dən...

Onlar eyni nazirliyi müxtəlif adlarda idarə edib

DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı: 4 nəfər saxlanıldı

Xəbər lenti

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38

Bakı bulvarında intihar edən şəxs müəllim imiş – Foto

27/03/2023 10:06

Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

27/03/2023 09:52

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib

27/03/2023 09:22

Məşhur aktyor VƏFAT ETDİ – FOTO

27/03/2023 09:13

Apreldə 12 gün iş olmayacaq

27/03/2023 09:02

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49

Misirdə çəkilən bu GÖRÜNTÜLƏR gündəm oldu – 2000-dən çox qoç başı …-FOTO

27/03/2023 08:43

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

27/03/2023 06:52

“Kurtlar vadisi”nin aktyoru deputat olmaq istəyir

27/03/2023 06:34

Dağıntılar altından çıxarılan nənəsi vəfat etdi

27/03/2023 06:16

Bu fotolar “Harri Potter”in ulduzunun sirrini ortaya çıxartdı

27/03/2023 06:00

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

27/03/2023 00:12

Təbrizdə dahi şairimiz Məhəmməd Füzulinin heykəli təhqir olundu

26/03/2023 23:59

İlham Əliyevə Qalatasaray forması hədiyyə edildi – FOTO

26/03/2023 22:25

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın”

26/03/2023 21:50

Mehriban Əliyevadan “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı paylaşım

26/03/2023 21:30

Evdə cansız şəkildə tapıldı – müəmma çoxdur

26/03/2023 21:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.