Bakıda gecə saatlarında avtomobilə ziyan vuran qız peyda olub.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə zərərçəkmiş şəxs məlumat verib.

Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 78 ünvanında baş verib.

İki nəfər şəxs avtomobilin ətrafında gəzdikdən sonra onlardan biri maşını cızıb.

Avtomobilə ziyan vuran şəxs qısa müddət sonra ərazini tərk edib.