Alman aktrisa, teleaparıcı və keçmiş supermodel Heidi Klumun qızı Leni Klum “Rollacoaster” moda jurnalı üçün çəkdiyi fotolar pərəstişkarlarının qəzəbinə tuş gəlib.

Milli.Az xəbər verir ki, müvafiq foto və şərhlər onun İnstaqram səhifəsində görünüb. “17 yaşlı qız üçün belə şəkillər yaraşarmı?”, “Bunun üçün çox gəncdir!”, “Uşaq pornoqrafiyası”, “Niyə gənc qızları cinsi əlaqəyə təhrik edirik?”- deyə yazıblar.