İzmitdə sevgilisi ilə mübahisə zamanı beşinci mərtəbədəki evinin pəncərəsindən yıxılan transseksual Nefes Balkanın ölümü ilə bağlı aparılan istintaq başa çatıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, istintaq çərçivəsində hadisə zamanı evdə olan və saxlanılan sevgilisi, tutularaq həbsxanaya göndərilib. Bildirilir ki, Nefes Balkanın evində olarkən sevgilisi Tunahan T. ilə mübahisə edib. Az sonra isə naməlum səbəbdən beşinci mərtəbədən beton yerə düşüb. Edilən bütün müdaxilələrə baxmayaraq Balkanı xilas etmək mümkün olmayıb.