Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.

Oxu.Az-ın xəbərinə görə, bu, yunan-Roma güləşi üzrə Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynovdur.

82 kq çəki dərəcəsində güləşən Rafiq finalda Burhan Akbudaka (Türkiyə) 2:1 qalib gəlib. İdmançımız Avropa çempionluğundan sonra ilk dəfə dünya çempionu adını qazanıb. Azərbaycan – Türkiyə bayraqları ilə dövrə vuran Rafiq kameraya “ata, oğlun dünya çempionu oldu” deməyi də unutmayıb.