Baydenlə görüşdə ABŞ-ın Suriyaya yanaşması ilə bağlı təkliflərimizi səsləndirmək imkanımız olacaq.

Medianews.az axar.az-a xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Aramızdakı bütün hərbi, siyasi, iqtisadi və ticarət əlaqələrini nəzərdən keçirəcəyik. Məsələn, F-35 problemi. 1 milyard 400 milyon dollar ödədik. Nə olacaq? Pulumuz çoxdur, amma onları ətrafa səpələyən bir ölkə deyilik. Biz bu pulu asan qazanmamışıq. Ya təyyarələrimizi, ya da pulu bizə geri verəcəklər”, – Ərdoğan bildirib.