“Fənərbaxça” və “Beşiktaş” klublarında forma geymiş sabiq futbolçu Sezer Öztürk qətl törətməkdə ittiham olunaraq həbs edilib.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, sabiq futbolçu və dostu Şile rayonunda avtomobil idarə edərkən əsəblərinə hakim ola bilmərək odlu silahdan istifadə ediblər.
Sezer Öztürk mübahisə etdiyi Halil İbrahimə tapançadan atəş açaraq onu öldürüb. Qətlə yetirilən şəxsin yanındakı dörd nəfərə atəş açılsa da, onlar yaralanıblar. Tərəflər arasında mübahisə zamanı bıçaqlardan da istifadə edilib.
Həyatını itirən Halil İbrahimin güllələrdən qaçmağa çalışarkən təhlükəsizlik kamerası tərəfindən görünütləri lentə alınıb.
Həmin görüntüləri təqdim edirik: