Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Azər Məhərrəmov qayınatası Amil İbrahimov tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.