Fransada sanitar buraxılış qaydalarına qarşı keçirilən etiraz aksiyalarında azı 63 min insan iştirak edib.

“Report” xəbər verir ki, bu barədə “Nice-Matin” qəzeti məlumat yayıb.

Məlumata görə, təkcə paytaxt Parisdəki nümayişlərə 7,2 min insan qatılıb.

Nitsa şəhərində keçirilən aksiyada polis etirazçıların təxribatına cavab olaraq gözyaşardıcı qazdan istifadə etməli olub. Belə ki, etirazçılar şəhər merinin evinin qarşısında toplaşmaq istəyərkən, polis müvafiq tədbirlərlə onları ərazidən uzaqlaşdıra bilib.

Qeyd edək ki, Fransada pandemiya səbəbindən tətbiq edilən sanitar buraxılış qaydalarına görə, kafe, restoran, muzey, kinoteatr, iri ticarət mərkəzlərinə daxil olarkən, eləcə də şəhərlərarası dəmir yolu və hava səyahətləri zamanı sanitar buraxılış qaydalarına dair sənəd təqdim edilməlidir.

Qaydalar avqustun 9-da qüvvəyə minib.