Türkiyədə hər kəsi şoka salan hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, Adıyaman şəhərində bir qrup tələbə şəhidlərin qəbrini ziyarət etmək üçün məzarlığa yollanıb.

Bu zaman yeniyetmələr gözlənilməz hadisə ilə qarşılaşıblar. Əvvəl onlar uzaqdan körpə səsi eşidiblər. Şəhid qəbirlərindən birinə yaxınlaşan yeniyetmələr şoka düşüblər.

Belə ki, o qəbirin kənarında basdırılan uşaq ayağı görüb. Onlar torpağı qazanda diri-diri basdırılan körpə uşaq tapıblar.

Yaşadıqları hadisədən şoka düşən yeniyetmələr onun çətinliklə nəfəs aldığını bilib, dərhal polisə və təcili tibbi yardıma zəng vurublar. Hadisə yerinə gələn tibb işçiləri körpəni nəzarətə götürüblər.

Onun iki gün əvvəl dünyaya gəldiyi məlum olub. Daha sonra təcili yardım maşınına qoyulan körpə xəstəxanaya aparılaraq, reanimasiyaya yerləşdirilib.

Hazırda polis körpəyə bu vicdansızlığı edən şəxsləri axtarır.