Azərbaycanlı iş adamı Nəsib Piriyevin rəhbəri olduğu “PAI Capital” investisiya şirkətinin İngiltərənin “Vest Hem” klubunu satın almaq istəyi baş tutmayıb.

Milli.Az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Piriyevin sahibi olduğu şirkət təlim-məşq mərkəzi və klubun akademiyaları ilə əlaqədar 175 milyon avroluq investisiya təklifi irəli sürüb.

Lakin “Vest Hem”in sahiblərindən Devid Sallivan satışın əleyhinə çıxıb. O bildirib ki, klub yaxşı işləyirsə, onu satmağın vaxtı deyil.

Azərbaycanlı iş adamı İngiltərə klubunu satın almaq istədi - AMMA... - FOTO

Azərbaycanlı iş adamı İngiltərə klubunu satın almaq istədi - AMMA... - FOTO

Azərbaycanlı iş adamı İngiltərə klubunu satın almaq istədi - AMMA... - FOTO