Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski xarici ölkələrə hərtərəfli yardımı dayandırmağa çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Dumatv.ru” məlumat yayıb.

Millət vəkilinin sözlərinə görə, mövcud vəziyyətdə doğru addım yerli vətəndaşlara kömək etməkdir: “Ölkəmiz 70 il ərzində bütün dünyaya kömək etdi. Bütün sərvətimizi xarici partiyalara, başqa ölkələrə verdik.

Mən bununla mübarizə apardım və Liberal Demokrat Partiyası onlara kömək etməyi dayandırmaq üçün mübarizə apardı və vuruşdu. Belarus – sonuncu ölkədir ki, onu yedəkdə aparırıq”.

Vladimir Jirinovski hesab edir ki, müttəfiqlərlə humanitar yardımla deyil, “ayıq dostluq” siyasətinə ehtiyac var. O, həmçinin Azərbaycana qarşı Ermənistana yardım edilməsini pisləyib.

“Artıq Əfqanıstan aclarına kömək etmək üçün təyyarələr hazırlanır. LDPR buna qarşıdır. Heç bir ölkəyə bir qram ərzaq, bir qəpik belə verilməməlidir. Heç bir əsgərimiz heç bir ölkəyə göndərilməməlidir. Vətəndaşlarımıza kömək etməliyik, bu doğru addım olacaq”,-deyə Jirinovski vurğulayıb.