Aygün Nağıyeva ölkədə və xaricdə müxtəlif müsabiqələrdə 1-ci yerə çıxıb

Aygün Nağıyeva… Dekorativ tətbiqi sənət rəssamı. Gənc xanım illərdir ki, bu məşğuliyyətlə yaşayır. Bəli, yaşayır. Çünki insana yaşamaq üçün ilk növbədə nəfəs almaq lazımdır. Aygün xanım bu işlə nəfəs alır. Dekorativ tətbiqi sənət rəngsazlıqdan, rəssam olmaqdan kifayət qədər fərqlənir. Mən buna daha çox zərgərlik deyərdim. Hər hansısa dekorativ sənəti hazırlamağa başlayanda insanın gözünün nuru da gedir, əlinin əməyi də. Təbii ki, bu gedənlərin qarşılığı olur. Bu əziyyət yerdə qalmır. Gedən sadəcə əsərlər olur. Dünyanın müxtəlif yerlərinə. Biz isə elə ən yaxından danışaq. Türkiyədən… Aygün Nağıyevanın ən böyük arzularından biri idi ki, əsərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etsin. Türk Şurasının Bakıda keçirilən VII Zirvə toplantısında Aygün Nağıyeva bu şərəfə nail olub. Gəlin, birlikdə dinləyək.

Aygün xanım bu əsərləri necə hazırlayır, iş müddəti ərzində hansı hisləri keçirir?

Rəssamın bir dənə də açıqlaması diqqətimizi çəkdi. Aygün Nağıyeva həm də öz əsərlərinə liderlik statusu təyin edir.

Qeyd edək ki, Azərbaycan və ölkə kənarında sərgiləri təşkil olunan A.Nağıyevanın əsərləri müxtəlif müsabiqələrdə birinci yerə layiq görülüb.