Müğənni Səidə Sultan şəxi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “ATV maqazin onlarla” proqramına qonaq olan sənətçi sevgilisindən danışıb. Ondan dəfələrlə küsüb-barışan Səidə, sonunda 6 illik münasibətini bitirdiyini açıqlayıb:
“Gəlinlik geyinmək ən böyük arzum idi. Hətta ona doğru gedirdim. Amma alınmadı. Hər şey ağ gəlinlik geyinməklə də deyil. Onu geyinib bədbəxt, xoşbəxt yaxud da tamamilə pis şey yaşayanlar var. Ona görə də, hər şey ağ gəlinlik geyinmək deyil. Yaşadığım sevgi çox böyük olub. Bilmirəm böyük sevgi yenidən yaşanırmı?
Amma mən o sevgini sadəcə bir dəfə yaşadım. Həyatımda qara xəttlər çox olub. Mən hər şeyi olduğu kimi sevirəm. Adadılmağı sevmirəm. Depresiyaya düşdüm, sənətdən ayrıldım. O, gələndə mənə çox uğur gətirdi. Hər dəfə dalaşanda bir klip çəkdirdim. “Biz ayrı-ayrı dünyaların adamıyıq” dedim və bu kliplə münasibətimizə son qoydum.