ABŞ hüquq-mühafizə orqanları axtarışları bütün ölkə tərəfindən izlənilən 22 yaşlı Qabriel Petitonun təsvirinə uyğun qalıqlar tapıb.

Petito Floridaya qayıdan nişanlısı Brayn Londri ilə avtomobildə səyahət zamanı yoxa çıxmışdı.

Londri onun taleyi barədə heçnə demədən özü də yoxa çıxmışdı.

Məhkəmə-tibb ekspertləri hələ qalıqların yüz faiz Petitoya aid olmasına dair ehtimalı müəyyən edəcək nəticəyə varmayıblar.

Ölüm səbəbi hələ müəyyən edilməyib.

Qalıqlar qızın son olaraq avqustun 30-da anası ilə əlaqə saxladığı Grand-Teton Milli Parkında tapılıb. Valideynləri sentyabrın 11-də onu axtarışa verib.

Avqustun ilk yarısında Yuta ştat polisi iki gəncin dava etdiyi furqonlu avtomobili saxlayıb. Hüquq mühafizə orqanlarının əməkdaşları cütlüyə gecəni ayrı keçirməyi tövsiyə etməklə kifayətləniblər.

Petitonun yoxa çıxması son günlər ABŞ KİV-də əsas mövzularından birinə çevrilib.