Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

***

Rusiyanın Perm Dövlət Universitetə silahlı şəxs basqın edib.

BAKU.WS xəbər verir ki, təhsil ocağına hücum zamanı 3 nəfərin həyatını itirdiyi, 4-nün isə yaralandığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.