“Kalaşnikov” şirkətlər qrupu yeni taktiki mülki silahlarını ağıllı saatlarla inteqrasiya edəcək.

Artıq bu istiqamətdə müvafiq işlər aparılır.

İlk belə silah nümunələri 17-19 sentyabrda Rusiyada keçirilən “Arms&Hunting 2021” festivalında nümayiş olunub.

Şirkətdən verilən məlumata görə, hazırda pompalı silahlar və travmatik tapancalarla yanaşı, digər silahların da adıçəkilən qol cihazı ilə idarə edilməsi üzrə təkliflər hazırlanır.