Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Uşaqları öldürüb qanlarından krem hazırlayan, “Barselona vampiri” kimi bilinən qatil haqqında QORXUNC FAKTLAR

TURAN
19/09/2021 13:26
1
BAXIŞ
FacebookTwitterTelegram

Barselonanın vampiri olaraq da bilinən Enriqueta Marti, həyatı boyunca qorxunc cinayətlər törədib. Uşaq istismarı, fahişəxana idarəçiliyi və insan bədənindən hazırladığı iksirlər… O, həbsxana dostları tərəfindən döyülərək öldürülüb.

Dünyanın ən məşhur qadın qatillərindən olan Enriqueta Marti haqqında maraqlı faktları təqdim edirik.

Enriqueta Marti 1868 -ci ildə İspaniyanın Kataloniya bölgəsindəki Barselona əyalətinin sənaye şəhəri sayılan Sant Feliu de Llobregatda anadan olub.

Marti daha sonra məmləkətindən Barselonaya köçüb, burada qulluqçu və dayə işləyib. Ancaq sonra fahişəxanada işləməyə başlayıb. 1895 -ci ildə Juan Pujalo adlı bir rəssamla evlənib, lakin evliliyi uğursuz olub. Pujaloya görə, Martinin digər kişilərlə münasibətləri, qeyri -sabit xarakteri və tanımadığı evlərə davamlı ziyarətləri onların ayrılmasına səbəb oldu. Cütlük 6 dəfə barışsa da, nəticədə tamamilə boşanıb və ayrılıblar.

Uşaqları öldürüb qanlarından krem hazırlayan, “Barselona vampiri” kimi bilinən qatil haqqında QORXUNC FAKTLAR

1909 -cu ildə Marti öz fahişəxanasını açıb və Barselonanın varlıları ilə yaxşı münasibət qurub. Bəzilərinin fövqəladə istəkləri vardı, Marti yüksək ödənişlərlə bu istəkləri təmin edirdi.

Marti kiçik uşaqları qaçırır və fahişəxanada işləməyə məcbur edirdi.

Uşaqları öldürüb qanlarından krem hazırlayan, “Barselona vampiri” kimi bilinən qatil haqqında QORXUNC FAKTLAR

Uşaqları fahişəliyə məcbur edərkən qorxunc metodla iksir və kremlər hazırlayıb. O, uşaqların qanını içməyin vərəmi müalicə edə biləcəyini iddia edib. Marti xüsusən də vərəmi müalicə etmək üçün varlılara məlhəm və iksir təklif edirdi. Zənginlər o vaxt çox qorxulan bu xəstəlik üçün böyük məbləğlər ödəyiblər.

Dərmanlarını hazırlamaq üçün istifadə etdiyi materiallar öldürdüyü 5-15 yaşlı uşaqların qalıqlarından ibarət idi. Bu cəsədlərin yağ, qan, saç və sümüklərindən istifadə edirdi.

Uşaqları öldürüb qanlarından krem hazırlayan, “Barselona vampiri” kimi bilinən qatil haqqında QORXUNC FAKTLAR

1909 -cu ildə Marti varlı bir adamla birlikdə uşaqları fahişəliyə məcbur etdiyi və Barselonadakı mənzilində fahişəxana açdığı üçün həbs edildi, lakin Barselonanın yüksək cəmiyyəti ilə yaxşı münasibətləri sayəsində heç vaxt mühakimə olunmadı.

Növbəti üç il ərzində daha çox uşaq itkin düşdü, lakin bu uşaqlar yoxsul ailələrdən olduqları üçün polis uşaqların yoxa çıxması ilə faktların çoxunu araşdırmadı.

Marti 10 fevral 1912 -ci ildə son qurbanı Teresita Guitart Congostu qaçırdı. Onu iki həftə axtardılar. Əhali artıq hökumətdən uşaqların tapılmasını ciddi cəhdlə tələb edirdi.

Uşaqları öldürüb qanlarından krem hazırlayan, “Barselona vampiri” kimi bilinən qatil haqqında QORXUNC FAKTLAR

Marti bu dəfə qaça bilmədi. Polis Martinin mənzilinə baxış keçirərək iki qız uşağı tapdı. Biri Teresita Guitard Congost, digəri Angelita adlı kiçik bir qız idi. Congost ailəsinə təhvil verildikdən sonra uşaqdan Martinin onunla necə rəftar etdiyini və zorla mənzilə aparmasını öyrəndilər. Məlum oldu ki, Marti Congostun saçlarını kəsib və adını Felicidad olaraq dəyişdirib. Uşağa artıq valideynlərinin olmadığını və bundan sonra ona “ana” deyəcəyini söyləyib. Mənzildə pəncərələrə, eyvanlara və bir neçə otağa getməyi qadağan edib.

Digər azyaşlı qız Angelitanın ifadəsi isə daha qorxulu idi: “Congost mənzilə gəlməmişdən əvvəl Pepito adlı kiçik bir oğlan vardı. Martinin Pepitonu mətbəx masasında öldürdüyünü izlədim”.

Uşaqları öldürüb qanlarından krem hazırlayan, “Barselona vampiri” kimi bilinən qatil haqqında QORXUNC FAKTLAR

Marti Angelitanın boşandığı əri Juan Pujalo ilə qızı olduğunu iddia edib. Lakin Juan hakim qarşısında bu iddiaları rədd edib. Nəhayət Marti tutulub və “Reina Amalia” həbsxanasına salınıb.

Polis Martinin evində çoxlu maraqlı kitablar, iksirlər, qanlı paltarlar, cəsəd qalıqları tapıb. Marti həbsxanada intihara cəhd edib, amma bu cəhdi uğursuz olub. Həbsxana dostları tərəfindən tutulduqdan bir il üç ay sonra öldürülüb. Dostları onu 12 may 1913 -cü ildə həbsxana həyətində linç edərək öldürüblər.

Turan Oruc
Musavat.com

DAHA ÇOX OXU

Dünya

Şengendə bir dövr başa çatıb: Pasportda viza verilməyəcək

31/01/2023 21:38
Dünya

Burkina Fasoda terror aktı nəticəsində 13 nəfər ölüb

31/01/2023 21:16
Dünya

ABŞ-da kino səhnələrinə bənzəməyən qəsb: Əvvəl girov götürdü, sonra oğurladı – VİDEO

31/01/2023 21:00
export

Şadlıq sarayında qız və oğlan tərəfi bir-birinə girdi (ANBAAN VİDEO)

31/01/2023 20:45
export

Ac canavarlar inəyi belə öldürdü – Qorxulu anlar kameraya düşdü – VİDEO

31/01/2023 20:37
export

Məhkəməyə gələn iki ailə arasında dava düşdü – VİDEO

31/01/2023 20:28
SON XƏBƏR

Qaranlıq keçmişin silinməz izləri olan nasistlərin evində dəhşətli qalıqlar tapıldı - FOTOLAR

“Yeni Klinika”dan koronavirusa yoluxmuş cərrahla bağlı AÇIQLAMA

Milyonlarla insana vurulan “Pfizer-BioNTech” peyvəndinin adının nə anlama gəldiyini bilirsinizmi? – MARAQLI FAKTLAR

Xəbər lenti

Şengendə bir dövr başa çatıb: Pasportda viza verilməyəcək

31/01/2023 21:38

Burkina Fasoda terror aktı nəticəsində 13 nəfər ölüb

31/01/2023 21:16

ABŞ-da kino səhnələrinə bənzəməyən qəsb: Əvvəl girov götürdü, sonra oğurladı – VİDEO

31/01/2023 21:00

Şadlıq sarayında qız və oğlan tərəfi bir-birinə girdi (ANBAAN VİDEO)

31/01/2023 20:45

Ac canavarlar inəyi belə öldürdü – Qorxulu anlar kameraya düşdü – VİDEO

31/01/2023 20:37

Məhkəməyə gələn iki ailə arasında dava düşdü – VİDEO

31/01/2023 20:28

AZTV-nin məşhur aparıcısına yüksək vəzifə verildi – FOTO

31/01/2023 20:25

Tibb bacısının öldüyü qəzanın görüntüləri ortaya çıxdı – ANBAAN VİDEO

31/01/2023 20:23

Çavuşoğludan İsveç mesajı: “Hə” deyə bilmərik

31/01/2023 20:20

“Barselona” “Fənərbağça”nın məşhur futbolçusunu transfer edir

31/01/2023 20:11

Avropada gecikən qış müharibəyə necə təsir edib?

31/01/2023 20:00

Azərbaycanın ilk pullu yolunun görüntüləri – FOTO

31/01/2023 19:46

Əməliyyat keçirilən “Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

31/01/2023 19:40

Politoloq Xoy vilayətində çarəsiz qalan azərbaycanlılardan DANIŞDI: “İranın olmayan mərhəməti …”

31/01/2023 19:36

Özünə oxşayan qadını öldürüb, üzünü… Qətlin ağlasığmaz səbəbi

31/01/2023 19:34

Türkiyədə gömrük əməkdaşları qadını döydü – vəzifədən uzaqlaşdırıldılar (ANBAAN VİDEO)

31/01/2023 18:59

Elektrik qatarlarında gediş haqqı qaldırılır? – RƏSMİ AÇIQLAMA

31/01/2023 18:45

Özbəkistanda səhraya qar yağdı – Dəvələrin bu görüntüləri gündəm OLDU – VİDEO

31/01/2023 18:41

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri ARTIRILDI

31/01/2023 18:37

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44

Səmada ortaya çıxan müəmmalı görüntü insanları HEYRƏTLƏNDİRDİ – FOTO

31/01/2023 17:37

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.