“Çukur” serialında Ayşə obrazını canlandıran türkiyəli aktrisa İrem Altuğ ötən gün İstanbulda 2 kişi ilə birlikdə görüntülənib.

Medianews.az “axşam.az”a istinadən xəbər verir ki, şəkillərinin çəkildiyini görən aktrisa onların kim olduğunu açıqlamaq məcburiyyətində qalıb:

“Bu keçmiş, bu isə indiki həyat yoldaşımdır. Birlikdə yaşayırıq, böyük ailəyik. Ərimin biri Afrikada, digəri isə Amerikada yaşayır”.