Türkiyəli məşhur prodüser Acun Ilıcalı yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Müge və Gülşenle 2-ci səhifə” verilişinə qonaq olan Ilıcalı, layihələri ilə bağlı sualları cavablandırıb.

52 yaşı olmasına baxmayaraq bütün işlərini vaxtında çatdıran və hələ də yeni layihələri üzərində çalışan Acun, gənc qalmaq sirrindən danışıb. O, bunu ata-babalarının azərbaycanlı olması ilə əlaqələndirib:

“Verilişdə reklam fasiləsində yata bilərəm. Gənclik iliksirim yoxdur, özümü gənc hiss edirəm. Heç bir plastik əməliyyat etdirməmişəm. Düşünürəm ki, bu ailədən qaynaqlanır. Genetik şansdır.

Əslimiz Azərbaycandandır. Ata-babalarım da Azərbaycandan gəlmədir. Məncə özümü sağlam və enerjili hiss etməyim bundandır. Düzdür dünyanın ən sağlam adamı deyiləm, amma yaşıma görə pis deyiləm”.