Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə müraciət edib.
Medianews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə bağlı qanunvericilikdə müddüalar var:
“Narkotik satan, istifadə edən və ya bu işlə məşğul olan şəxslər polisə könüllü müraciət edərək əməlini etiraf edərlərsə, bu işlərdən imtina edəcəklərini bildirərlərsə, onlar cinayət məsuliyyətinə cəlb olunmayacaqlar”.