İmişli rayonu Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan Nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.