Keçmiş həyat yoldaşının ərə getməsi səbəbindən ona mütəmadi hədələr göndərən şəxs qeyri-adi formada ondan qisas alıb. Uşaqlarının gözü qarşısında onun saçını qırxıb.

Milli.Az “Diqqət, xəbərlər” Telegram-kanalına istinadən xəbər verir ki, kişi gah qadını qarnından uşağı kəsib götürəcəyi, gah da intim şəkillərini internetdə yayacağı ilə hədələyirmiş. Hücum edən şəxs bir neçə dəfə məhkum olunmuş 34 yaşlı Yevgeni Sandulskidir. Qadın hədələrdən bezərək telefon nömrələrini dəyişib, uşaqları çölə çıxmağa qoymayıb. Təcavüzkar deyib ki, 300 min versə ondan uzaq dayanar. Mənbənin sözlərinə görə, təhdidlər bir neçə aydır davam edib. Nəhayət, qadının vəkil işləyən yeni əri polisə müraciət edib.

Keçmiş arvadının ərə getməsi ilə barışmadı - Uşaqlarının gözü qarşısında saçını qırxdı - FOTO