Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

Medianews.az xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinim müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi həmin şöbəyə birləşdirilib.

Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib.