Aşıq Samirə Əliyeva şəxsi həyatı ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan sənətçi şəxsi həyatı ilə bağlı danışarkən ona ünvanlanan sualı cavabsız qoyub.

O, aparıcı Lətafət Ələkbərovanın “Xəyanətə uğradığın üçün həyat yoldaşından ayrılmısan” sualına əsəbiləşərək efiri tərk edib:

“Bu hadisə çoxdan olub. Ailə həyatı qurmağımız, ayrılmağımız haqqında kifayət qədər danışmışam. O vaxt bu mövzuda ona görə açıqlama verdim ki, başqa “donlar” geyindirilməsin. Ondan sonra bu mövzunu bağladım. Bu barədə danışmaq istəmirəm.

Özümə hörmət bəsləyən adamam, sizdən də bunu gözləyirəm. Proqramda heç bir səbəb məni şəxsi həyatımla bağlı danışmağa vadar edə bilməz. Bu haqda danışmaq istəmirəm. Adam qarşılıqlı hörmət qoyar. Mən heç kimə icazə vermərəm ki, ailəm haqqında danışsın”.