Osman Zolati ali məktəbi başa vurduqdan sonra cibindəki 80 dollarla Afrikanın 24 ölkəsini gəzib.

Mərakeşli səyyah skeytbord və velosipedlə qitəni dolaşaraq, onun mədəni zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün silsilə sənədli filmlər hazırlayıb.

Hazırda Zolati İstanbula gələrək Türkiyə turuna start verib. O, bir il ərzində ölkəni qarış-qarış gəzərək səyahət təəssüratlarını izləyicilərilə bölüşəcək.