Bir neçə gün əvvəl feysbuk məşhur eynək brendi “Ray-Ban”lə birlikdə ərsəyə gətirdiyi yeni smart eynəyi təqdim etdi.

Medianews.az BAKU TV-yə istinadən xəbər verir ki, feysbukun yaradıcısı Mark Zukerberq smart eynəyi ictimaiyyətə təqdim edərək onun funksiyalarından danışıb:

“Ray-Ban” storisinin köməyi ilə siz foto, video çəkə, musiqiyə qulaq asa, o cümlədən telefonu cibinizdən çıxartmadan zənglərə cavab verə bilərsiniz. Səyahətdəykən, yemək bişirərkən bu anları asanlıqla yaddaşa həkk edə bilərsiniz”.

Qeyd edək ki, 299 dollar (təxminən 508 AZN) dəyərində olan eynəklər Böyük Britaniya, İtaliya, Avstraliya kimi ölkələrdə də satışa çıxarılacaq.