Kanadanın Nyufaundlend adasının şərq sahillərində “Larry” qasırğası səbəbindən təxminən 60 min insan elektrik enerjisindən məhrum olub.

Kanada Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti 50,5 metr saniyəyə çatır.

Külək yüzlərlə ağacı, yol nişanını və reklam lövhələrini uçurub.

Qeyd olunur ki, hazırda yolların bir hissəsi daşqın səbəbindən tamamilə bağlanıb.