On ildir paytaxtın mərkəzində, qarajda kirayə qalan İlham Məmmədov illər əvvəl zavodda işləyərkən kəllə-beyin travması alıb.

Şəraitsiz vəziyyətdə yaşayan 63 yaşlı kişi üç dəfə ailə qurduğunu, ilk evliliyindən bir qızı olduğunu, lakin onu sonuncu dəfə iki yaşında ikən gördüyünü deyir.

Xeyirxah insanlar tərəfindən qida və lazımi əşyalarla təmin edilən İlham Məmmədovun tək istəyi yaşamaq üçün daimi yerinin olmasıdır.